Son 6 ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Son 6 ildə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirkliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurumun həyata keçirdiyi reinteqrasiya tədbirləri ilə 953 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilbr. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilib.








