Zəfər Günü münasibətilə Əlincəqalaya yürüş təşkil olunub -

Zəfər Günü münasibətilə Əlincəqalaya yürüş təşkil olunub - FOTO

06 Noyabr 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində noyabrın 7-də gənclərin və idmançıların Əlincəqalaya yürüşü təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, vətən müharibəsində qazanılan Tarixi Zəfərimizin altıncı ildönümünə həsr olunan yürüş 44 nəfərin iştirakı ilə reallaşıb. Yürüş iştirakçıları Əlincə qalasına qalxdıqdan sonra burada Azərbaycan bayraqlarını açaraq Dövlət Himnimizi ifa edib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yürüşün məqsədi Zəfər tariximizin gənc nəslə çatdırılması, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, eləcə də tarixi irsimizin və dövlətçilik ənənələrimizin təbliğindən olub.