Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi təbii inhisar subyektlərinin siyahısında yenidən müəyyən edilib
Azərbaycan Respublikası Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərara əsasən, Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 22-ci hissəsi yeni redaksiyada verilib.
Dəyişikliyə əsasən, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası üzrə təbii inhisar subyekti kimi siyahıda göstərilib.
Mərkəzin təbii inhisar fəaliyyəti universal poçt rabitəsi, ümumi istifadədə olan telefon rabitəsi xidmətlərini, eləcə də kabel, optik və radio əlaqəsi vasitələri ilə siqnalların və səslərin ötürülməsi və qəbul edilməsi üçün istifadə olunan vasitə və qurğuların istismarını əhatə edir.
Qərarla siyahının 23–29-cu və 31-ci hissələri də ləğv edilib.








