Naxçıvanın bir sıra yüksək dağlıq ərazilərinə qar yağıb

Naxçıvanın bir sıra yüksək dağlıq ərazilərinə qar yağıb

06 Noyabr 2026

Əvvəlcədən verilən hava proqnozlarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bəzi yüksək dağlıq ərazilərində qar yağıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qar örtüyü Şərur rayonunun Axura kəndində, Ordubad rayonunun Göygöl, Əyriçay və Parağaçay Qar Uçqunu Stansiyası ərazilərində, Culfa rayonunun Gədik dağında, eləcə də Şahbuz rayonunun Batabat, Kükü dağı və Keçəldağ istiqamətlərində müşahidə olunub.

Yüksək dağlıq ərazilərdə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar qış mənzərəsi yaranıb.