Naxçıvanda hava şəraiti kəskin dəyişəcək

Naxçıvanda hava şəraiti kəskin dəyişəcək

04 Noyabr 2026

Naxçıvan Muxtar Respublikasında noyabrın 5-dən başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən  "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, yağıntılar ilk olaraq muxtar respublikanın şimal-qərb rayonlarında müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Qərb küləyinin saniyədə 5-10 metr sürətlə əsəcəyi, arabir 15-20 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək.

Qeyd edək ki, yağıntılı hava şəraitinin noyabrın 9-dək davam edəcəyi bildirilir.