Gələn il Naxçıvanın büdcəsi 510 milyon manat ola bilər

Gələn il Naxçıvanın büdcəsi 510 milyon manat ola bilər

04 Noyabr 2026

2027-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin 38,8 %-ni və yaxud 198 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və yaxud 6,4 % azdır. Naxçıvanın öz gəlirləri isə cari illə müqayisədə 40,4 milyon manat və yaxud 14,9 % artımla - 312 milyon manat proqnozlaşdırılır.