Sağlamlığa təhlükə yaradan qərarlara yol verilirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət təqibi gedişində şəxsin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsinə yol verilirmi?
Cavab: Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.
Cinayət təqibi gedişində heç kəs:
1. insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;
2. insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;
3. ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








