Kollektiv əmək mübahisəsi necə tənzimlənir? -

Kollektiv əmək mübahisəsi necə tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ

03 Noyabr 2026

Sual: Fərdi və kollektiv əmək mübahisəsi hüququ qanunvericiliklə necə tənzimlənir?

Cavab: 

1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.

2. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin həlli Əmək Məcəlləsinin XI bölməsində nəzərdə tutulan qaydada tənzimlənir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.