Cinayət-prosessual qanunvericilik əcnəbilərə necə tətbiq olunur? -

Cinayət-prosessual qanunvericilik əcnəbilərə necə tətbiq olunur? - HÜQUQ MƏSLƏHƏTİ

29 Oktyabr 2026

Sual: Cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi hansı qaydada həyata keçirilir?

Cavab: Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri CPM-nin 436—441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.