Kameral vergi yoxlaması nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kameral vergi yoxlaması nədir?
Cavab: Kameral vergi yoxlaması vergi orqanında mövcud olan məlumatlar, vergi ödəyicisinin təqdim etdiyi vergi hesabatları və digər sənədlər əsasında vergi orqanı tərəfindən aparılan yoxlamadır. Kameral yoxlama zamanı vergi hesabatlarında uyğunsuzluqlar, hesablamalarda səhvlər və digər qanunvericilik pozuntuları aşkar edilə bilər. Bu zaman vergi orqanı qanunvericiliyə uyğun olaraq vergi ödəyicisindən müəyyən məlumat və izahatlar tələb edə bilər. Kameral yoxlamanın əsas xüsusiyyəti onun vergi ödəyicisinin fəaliyyət göstərdiyi yerdə faktiki yoxlama aparılmadan, vergi orqanında mövcud olan məlumatlar əsasında həyata keçirilməsidir.
Sual Ordubad rayon prokurorunun köməkçisi Ülvi Hüseynov tərəfindən cavablandırıldı








