Hansı hallarda cinayət təqibi üzrə icraatın aparılmasına yol verilir? -

Hansı hallarda cinayət təqibi üzrə icraatın aparılmasına yol verilir? - HÜQUQ MƏSLƏHƏTİ

26 Oktyabr 2026

Sual: Cinayət təqibinin icraatı zamanı hansı hallarda cinayət təqibi üzrə icraatın aparılmasına yol verilir?

Cavab: Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir.

Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır.

Cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov  tərəfindən cavablandırıldı