Məsuliyyətdən azad olmağın şərti nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməyə, saxlamağa və ya gəzdirməyə görə məsuliyyətdən azad olmağın şərti nədən ibarətdir?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin "Qeyd" hissəsinə əsasən, həmin maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Sual Babək rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırıldı








