Sahil Babayev: "Rəqəmsallaşma istiqamətində sürətli və kompleks addımlar atılır"
Azərbaycanda dövlət xidmətlərinin və dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində sürətli və kompleks addımlar atılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Bu çərçivədə dövlət başçısı müvafiq dövlət proqramını və tədbirlər planını təsdiq edib. Həm cari ildə, həm növbəti ildə, həm də sonrakı illərdə rəqəmsallaşma sahəsində həyata keçiriləcək fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq şura yaradılıb. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə bu şura ölkənin iqtisadi və sosial həyatının bütün istiqamətləri üzrə rəqəmsallaşma sahəsində həyata keçirilən fəaliyyətləri və tədbirləri əlaqələndirəcək", - deyə o qeyd edib.








