NDU tələbələrinin Çin səfəri - FOTO
Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti Urumçi Şəhər Xarici İşlər İdarəsinin dəvəti ilə Çinin Urumçi şəhərində səfərdədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində nümayəndə heyəti Urumçi Elm və Texnologiya Muzeyində təşkil olunan qarşılanma mərasimində iştirak edib.
Proqram zamanı iştirakçılar robotun nümayiş etdirdiyi performansı izləyib, 5D film nümayişində iştirak edib və ənənəvi Çin mədəniyyətinə xas olan Face Mask Dance – üz maskalarının dəyişdirilməsi rəqsi ilə tanış olublar.
Proqramın davamında Sincan Universitetinin tələbələri ilə NDU tələbələri arasında fikir və təcrübə mübadiləsi də təşkil olunub.











