Naxçıvanda XI sinif şagirdləri üçün ilk buraxılış monitorinqi keçiriləcək
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 1 noyabr 2026-cı il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, monitorinqdə 4 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq.
Şagirdlərimiz monitorinqdə istifadə olunan mövzularla bağlı https://l24.im/PpyS linkindən tanış ola bilərlər.
Monitorinqdə şagirdlərimizə uğurlar arzulayırıq!








