"Falçılıq" adı altında dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs olunub

"Falçılıq" adı altında dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs olunub

19 Oktyabr 2026

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.