İnformasiyanın yayılması və mənbənin açıqlanması hansı hallarda qadağandır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Media subyekti və jurnalist tərəfindən informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına hansı hallarda yol verilmir?
Cavab: “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən media subyekti və jurnalist tərəfindən şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına, məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına, "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məlumatların yayılmasına, media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə yol verilmir.
Həmçinin məsul redaktor və ya jurnalist insan həyatının müdafiəsi, ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq və ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır.
Sual Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı








