İnzibati qaydada ölkədən çıxarma hansı hallarda tətbiq edilir? -

İnzibati qaydada ölkədən çıxarma hansı hallarda tətbiq edilir? - HÜQUQ MƏSLƏHƏTİ

22 Oktyabr 2026

Sual: Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma hansı hallarda tətbiq edilir?

Cavab: İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilir.

Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tətbiq edilir.

Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı