Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? -

Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ

23 Oktyabr 2026

Sual: Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər?

Cavab: İcra haqqında qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər.

1) borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;

2) borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;

3) icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;

4) borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;

Sual Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov  tərəfindən cavablandırıldı