Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 36 lisenziya verilib
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 36 lisenziya verilib.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, verilmiş lisenziyalardan daxilolmaların məbləği ötən ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artıb.
Cari ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 5662 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 130 min manat vəsait daxil olub.








