Naxçıvandakı yanacaqdoldurma məntəqələrində texniki təhlükəsizlik tədbirləri həyata keçirilir -

Naxçıvandakı yanacaqdoldurma məntəqələrində texniki təhlükəsizlik tədbirləri həyata keçirilir - FOTO

23 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasında təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin olunması, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və istehsalat qəzalarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu çərçivədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində uzun müddət istismar edilən yanacaq çənlərinin yuma-deqazasiya işləri həyata 

Bu işlərin əsas məqsədi çənlərin daxilində qala bilən yanacaq buxarlarının və təhlükəli qaz qarışıqlarının kənarlaşdırılması, yanacaq qalıqlarının və çöküntülərin təmizlənməsi, eləcə də yanğın və partlayış risklərinin azaldılmasıdır. Bu tədbirlər, həmçinin çənlərdə aparılacaq sonrakı texniki işlərin təhlükəsiz şəraitdə yerinə yetirilməsinə imkan yaradır.

Yuma-deqazasiya işləri ilə yanaşı, çənlərin texniki vəziyyətinin qiymətləndirilməsi onların etibarlı istismarının təmin olunması, mümkün nasazlıqların vaxtında aşkarlanması və avadanlıqların istismar müddətinin uzadılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərəfindən həyata keçirilən tədbirlər təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik tələblərinə əməl olunmasına, qəza risklərinin minimuma endirilməsinə, insan həyatının və sağlamlığının, eləcə də ətraf mühitin qorunmasına xidmət edir.