Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 212 layihə başa çatdırılıb
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 212 layihə icra olunub.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, bunun 40-ı yeni yaradılan, 172-si isə fəaliyyətin genişləndirilməsi üzrə layihələrdir. Eyni zamanda, 39-u yeni yaradılan və 49-u fəaliyyətin genişləndirilməsi olmaqla, ümumilikdə 88 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 212 layihədən 191-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.








