Azərbaycanda 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi elektron imzalanıb
Azərbaycanda 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi elektron imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, bu ilin aprel ayından istifadəyə verilən elektron müqavilə sistemi vasitəsilə təxminən ötən 6 ay ərzində 7 500 müqavilə tam elektron qaydada imzalanıb: "Bu müqavilələrin ümumi dəyəri 3 milyard manatdan artıqdır. Bu, Azərbaycanda dövlət satınalmalarının tam elektron uçotunun başlanması deməkdir. Sistem dövlət qurumları tərəfindən imzalanan müqavilələrin elektron məlumat bazasının və elektron qiymət bazasının formalaşdırılmasına, həmçinin satınalmaların elektron uçotunun aparılmasına imkan verir. Müqavilənin hazırlanması və imzalanması mərhələsi maliyyə qurumlarının əməkdaşları üçün cəmi bir iş günü ərzində başa çatdırılır. Bu da operativliyi, sürəti və şəffaflığı təmin edir".








