Xocalı və Ağdərəyə ümumiulikdə daha 44 ailə yola salınıb
Xocalı və Ağdərə rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu mərhələdə Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə ailələrin qayıdışı təmin olunub.
Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu 2 ailə (5 nəfər), Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) ümumikildə 44 ailə 176 nəfərin daimi qayıdışı baş tutub.








