Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək

Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək

26 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2027-ci ilin məhsulu üçün 3 700 hektar sahədə taxıl əkilməsi planlaşdırılır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirliyin sektor müdiri Əli Babayevin sözlərinə görə, indiyədək əkilmiş 655 hektar taxıl sahəsinin 481 hektarında suvarma işləri aparılıb: "İndiyədək 655 hektar sahədə əkin aparılıb. Əkilən sahələrin 193 hektarını arpa, 462 hektarını isə buğda təşkil edir".

O, taxılçılığın strateji əhəmiyyətini vurğulayaraq əkinlərin optimal müddətdə başa çatdırılmasının və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, 2026-cı ilin məhsulu üçün rayonda 2 635 hektar sahədə taxıl əkilib. Hər hektardan orta hesabla 45 sentner məhsul götürülüb, ümumi istehsal isə 11 860 ton təşkil edib.

Hazırda yeni mövsüm üçün əkin işləri ilə yanaşı, suvarma tədbirləri də davam etdirilir. Rayonun əkin sahələri Arpaçay su anbarından ayrılan sağ və sol sahil kanalları, eləcə də çay yatağı və Araz çayı üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə suvarılır.