Səbinə Əliyevanın ombudsman səlahiyyət müddəti bitir
Ombudsman Səbinə Əliyevanın səlahiyyət müddəti bitir. Yeni Ombudsman seçiləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçirilən iclasının gündəliyinə salınıb.
İclasın gündəliyində bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi daxil edilib.
Qeyd edək ki, Səbinə Əliyeva 2019-cu il noyabrın 29-da Ombudsman seçilib. Qanuna əsasən, Müvəkkil 7 il müddətinə vəzifəyə seçilir. Onun səlahiyyət müddəti bu ilin noyabrında başa çatır








