Naxçıvanda sahibkarlara 163 təsdiqedici sənəd verilib
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 12 sahibkarlıq subyektinə 163 təsdiqedici sənəd təqdim olunub.
İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 156-sı isə xammal və materialların idxalı üçün verilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, təsdiqedici sənədlər əsasında Rusiya, Çin, Türkiyə, Almaniya, Cənubi Koreya, Avstriya, İran, İraq və Gürcüstan kimi ölkələrdən texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materiallar idxal edilmişdir.
Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, melamin plitələr, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.








