Təhsil hüququnun konstitusion təminatı müzakirə olunub

Təhsil hüququnun konstitusion təminatı müzakirə olunub - FOTO

28 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Təhsil Nazirliyində “Vətəndaşların təhsil hüququnun konstitusion təminatı” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Təhsil Nazirliyinin əməkdaşı Elşən Qəbulov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Təhsil Nazirliyinin əməkdaşı Tahir Həsənov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Şəbnəm Hüseynova mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda təhsil almaq hüququnun təmin edilməsi, bu hüququn pozulmasına görə məsuliyyət, valideynlərin və digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər məsələlər diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.