Azərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb
Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır.
Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib.








