Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli Sevim vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünü ziyarət edib.

Baş konsul Əli Sevim Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.

Ə. Sevim, həmçinin Səfir Birol Akgün ilə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşərək nəzakət ziyarəti gerçəkləşdirib.