Prezident: Bizim iki super güclə strateji tərəfdaşlıqla bağlı razılaşmamız var
Azərbaycanın iki super güclə strateji tərəfdaşlıqla bağlı razılaşması var.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Bizim beynəlxaq təmaslarımız göstərir ki, etibar, inam doğuran, hörmət qazanan icmanın tərəfiyik. Bizim iki super güclə strateji tərəfdaşlıqla bağlı razılaşmamız var. Biz Çinlə strateji tərəfdaşlıqla bağlı 2025-ci ilin aprel ayında sazişlər imzaladıq.
Eyni zamanda, strateji əməkdaşlıqla bağlı Xartiyanı ABŞ ilə bağladıq. Avropa İttifaqı ilə də strateji tərəfdaşlığmız mövcuddur.
Növbəti il ölkəmizdə İslam Əməkdaşlığı Təşkilatının Zirvə görüşü keçiriləcək. Biz 60-a yaxın ölkəni özündə birləşdirən mühüm təşkilata sədrlik edəcəyik. Bu da bizim siyasətə, dinə, dəyərlərə hörmətimizin təzahürüdür".








