İlham Əliyev: Azərbaycanda bütün etnik qrupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır
Azərbaycanda bütün etnik qurupların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib kimi, Azərbaycanın sabit inkişafının səbəblərindən biri cəmiyyətdə olan ahəngdarlıqdır
"Multikultiralizm, dini və etnik torelantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu gətirdiyi irsdir. Biz bunu yüksək qiymətləndiririk. Bütün etnik qurupların, dinlərin nümayəndələri nəinki konstitusyamız sayəsində bərabər hüquqlara malikdir, o cümlədən bir ailə kimi yaşayır. Biz həqiqətən çox yüksək səviyyədə həmrəyliyi, qarşılıqlı anlaşma və hörməti görürük. Biz hamımız milli ideyalar ətrafında birləşirik. Necə deyərlər, azərbaycançılıq Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən çətin mərhələlərində özünü büruzə verib".








