Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq

Gələn il televiziya, radio və nəşriyyatlara 68 milyon manat ayrılacaq

26 Oktyabr 2026

Azərbaycanda 2027-ci ildə televiziya, radio və nəşriyyat sahəsinə dövlət büdcəsindən 68 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, gələn il televiziya, radio və nəşriyyat istiqaməti üzrə xərclərin 68 milyon 369 min 136 manat olması nəzərdə tutulur.