Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib

Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib

26 Oktyabr 2026

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib. Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib. 

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlimin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifkatlaşdırılmasıdır.