Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,4 % artıb

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,4 % artıb

26 Oktyabr 2026

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9310 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,4 faiz artım müşahidə olunub.

Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, qeydiyyata alınan əmlaklardan 4224-ü torpaq sahəsi, 3530-u fərdi yaşayış və bağ evi, 1180-i mənzil, 185-i qeyri-yaşayış sahəsi, 178-i qeyri-yaşayış binası, 13-ü isə əmlak kompleksidir.

Cari ilin 9 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,8 milyon manat xidmət haqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 94 min manat və ya 5,3 faiz çoxdur.