Ermənistana keçən azərbaycanlı çoban geri qaytarılıb
Yolu azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı çoban Yaşar Əli oğlu Qasımov Azərbaycana qaytarılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Qasımov oktyabrın 24-də Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib.
Qeyd edək ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov Tovuz rayonunun Qoşa kəndinin sakinidir. O, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb.








