“Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı ilə görüş olub -

“Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı ilə görüş olub - FOTO

26 Oktyabr 2026

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı - Naxçıvan şəhər sakini Qasımov Vidadi Əli oğlu ilə görüşüb, onu təbrik edib, layihənin məqsədi və əhəmiyyətini diqqətə çatdırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Vidadi Qasımova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı təqdim olunub və kitablar hədiyyə edilib. Həmçinin bildirilib ki, Vidadi Qasımov və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənişsiz iştirak etmək imkanı da əldə ediblər.