“Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin azyaşlı iştirakçısı ilə görüş keçirilib
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin azyaşlı iştirakçısı - Naxçıvan şəhəri Əliabad qəsəbə sakini, 2018-ci il təvəllüdlü Şükürlü Fidan Yasin qızı ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fazil Məmmədov şagirdlərin mənəvi dünyasının zənginləşməsində və dünyagörüşlərinin formalaşmasında mütaliənin əhəmiyyətini vurğulayıb, Fidan Şükürlüyə təbriklərini çatdırıb, ona Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxr Fərmanı və kitablar təqdim edilib. Bildirilib ki, Fidan Şükürlü və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənşsiz iştirak etmək imkanı da əldə ediblər.
Qeyd edək ki, Fidan Şükürlü Naxçıvan Şəhər Kitabxanasının və Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının aktiv oxucularındandır. O, 2025-ci ildə kitabxana fondlarındakı 97, 2026-cı ilin ötən dövründə isə 48 kitabı oxuyub.








