Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 10430 elektron müraciət daxil olub.
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 92,6 faiz artım qeydə alınıb.
Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olumasına da köməklik edir.








