Noyabr ayında Naxçıvanda 5 mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vətəndaşları qəbul edəcək

Noyabr ayında Naxçıvanda 5 mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vətəndaşları qəbul edəcək

27 Oktyabr 2026

2026-cı ilin noyabr ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən Naxçıvanda vətəndaşların qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında vətəndaşlarla görüşlər noyabrın 2-si, 13-ü, 20-si, 27-si və 30-da təşkil olunacaq.

Belə ki, noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şərur rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Şərur, Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək və Şahbuz rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Noyabrın 13-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, noyabrın 20-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, noyabrın 27-də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində vətəndaşları qəbul edəcəklər.

Həmçinin noyabrın 30-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfa rayonunda vətəndaşlarla görüşəcək. Qəbulda Culfa, Naxçıvan, Babək, Kəngərli, Ordubad, Sədərək və Şahbuz rayonlarından olan sakinlər iştirak edə bilərlər.

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq.