Bəxtiyar Məmmədov Şərur rayonunun Yengicə kəndində vətəndaşları qəbul edəcək
Ali Məclis sədrinin birinci müavini Şərur rayonunun Yengicə kəndində vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 21-i saat 10:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunun Yengicə kəndində vətəndaşları qəbul edəcək.
Qəbul Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçiriləcək.
Qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyatdan keçmək üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər.
📞 (036) 542 24 08
✉️ e-mail: mail@sherur-ih.gov.az
📞 (036) 544 01 43
✉️ e-mail: info@alimajlis.gov.az
📍Ünvan: Şərur Rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası








