Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv edildi
Çindən Azərbaycana gətirilən 8016 baytarlıq preparatı məhv edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, Çindən idxal edilən "Farmazin Tylo" əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.








