Naxçıvanda əməkdar jurnalist vəfat edib

Naxçıvanda əməkdar jurnalist vəfat edib

11 Oktyabr 2026

“Şərq qapısı” qəzetinin məsul katibinin müavini Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Məhəbbət Mirzəyeva uzun illər “Şərq qapısı” qəzetində çalışıb, nəşrin hazırlanmasında böyük əmək sərf edib.

O, səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!