Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,6 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.








