Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 % artıb.








