Azərbaycanda sığortaolunanların ümumi sayı 5,4 milyonu ötüb

Azərbaycanda sığortaolunanların ümumi sayı 5,4 milyonu ötüb

10 Oktyabr 2026

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 119 242 nəfər artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Beləliklə, bu ilin 1 oktyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 447 339 nəfər olub.