Naxçıvanda bir sıra məhkəmələrə hakimlər təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının bir sıra məhkəmələrinə hakimlər təyin olunub.
Belə ki, Tural Yusif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin, Kamran İbrahim oğlu Musayev Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi təyin edilib.
Bundan əlavə, Culfa Rayon Məhkəməsinə Gülay Əjdər qızı Qurbanova, Naxçıvan Şəhər Məhkəməsinə isə Taliyə Tofiq qızı Nəcəfova hakim təyin olunublar.








