Azərbaycanda vergi daxilolmaları artıb

Azərbaycanda vergi daxilolmaları artıb

10 Oktyabr 2026

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 %, proqnozdan isə 7,2 % çoxdur.

9 aylıq vergi daxilolmalarının 10 milyard 332,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.