Azər Məmmədrəhimov Culfada vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov oktyabrın 15-də Culfa rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, qəbul “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Culfa Rayon Sektorunda keçiriləcək.
Qəbula yazılmaq və əlavə məlumat əldə etmək istəyən vətəndaşlar (036) 545-20-24 nömrəsi ilə əlaqə saxlaya bilərlər.








