Bu şəxslər işdə olmadığı günlər üçün əmək haqqı ödənilməlidirmi? -

Bu şəxslər işdə olmadığı günlər üçün əmək haqqı ödənilməlidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

12 Oktyabr 2026

Sual: Hərbi toplanışa çağırılmış şəxs işdə olmadığı günlər üçün əmək haqqı ödənilməlidirmi?

Cavab: Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılmaqla əmək haqqı ödənilir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb